10.11.2020 17:36
6
abunə
329
Nazir müavinləri Rusiya səfirliyində olublar

Bu ilin 10 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə gediblər.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı bildiriblər.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine