
Rəsmi Moskvadan İşçi Qrupunun iclası ilə bağlı açıqlama

İşçi qrupunun növbəti iclası fevralın 27-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin ortaq sədrliyi ilə keçiriləcək.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası Baş nazir müavinlərinin ortaq sədrliyi ilə üçtərəfli İşçi Qrupunun 3-cü iclasının 27 fevralda Moskvada keçirilməsi planlaşdırılır. Hazırki an üçün tərəflər iştiraklarını təsdiqləyiblər”,- deyə Overçuk qeyd edib.
Qeyd edək ki, danışıqların bu formatı yanvarın 11-i Moskvada baş tutan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü zamanı qərarlaşdırılıb.
Oxşar xəbərlər

Avropa Qrupuna yeni prezident seçilib
Son Xeberler

SON DƏQİQƏ!Prezident İlham Əliyevin sədrliyi ilə
Son Xeberler

201 Azərbaycan vətəndaşı Moskvadan Bakıya gətirild...
Son Xeberler

"Mançester Siti"nin yolları ayırdığı 17 yaşlı futb...
İdman Xəbər

Əfvlə bağlı daha 100-dən çox müraciətə baxıldı
Son Xeberler

Teymur Mustafayevin ölümü ilə bağlı növbəti açıqla...
Şou Xəbər