Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

22.09.2020 12:38 653 baxış sayı 2 dəq. oxuma
Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib -

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin nəzəri biliklərinin möhkəmləndirilməsinə, bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə və keçirilən tədbirlərin təşkilinə yaradıcılıqla yanaşılmasında özünəinam hissinin aşılanmasına yönəldilib.

Toplantının 3-cü günündə hərbi hissələrin komandirlərinin və digər vəzifəli şəxslərinin cəlb edilməsi ilə “Müdafiənin təşkilində mövcud problemlər və onların aradan qaldırılması” mövzusunda konfrans keçirilib.

 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: