Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Müdafiə Nazirliyi məlumat yaydı

24.04.2025 06:25 100 baxış sayı 2 dəq. oxuma Metbuat
 Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyinin (MN) illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yaydı.

Bildirilib ki, tədris proqramına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki məşğələlər keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilib.

Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib, eləcə də Azərbaycan Ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumat verilib.

"Məşğələlər zaman hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması üzrə praktiki vərdişlərini sınayıblar, həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər.

Plana uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədilə keçirilən təlim toplanışı davam edir", - məlumatda vurğulanıb.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: