
Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri keçirilir - VİDEO

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.
Təlimin ssenarisinə əsasən, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək "Həyəcan" siqnalı ilə təlim rayonuna çıxarılıb.
Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.
Oxşar xəbərlər

Qarsda Türkiyə-Azərbaycan birgə hərbi təlimləri da...
Son Xeberler

Azərbaycan-Türkiyə birgə təlimlərindən yeni görünt...
Son Xeberler

Azərbaycan-Türkiyə birgə təlimləri davam edir -
Son Xeberler

Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə...
Son Xeberler

Türkiyə hərbçiləri Naxçıvana gəldi -
Son Xeberler

Əsgər klubunda təntənəli bayram mərasimi -
Son Xeberler