
Türkiyə hərbçiləri Qarabağda nə qədər qalacaq? - RƏSMİ AÇIQLAMA

Türkiyə hərbçiləri Dağlıq Qarabağda Rusiya ilə birgə yaradılacaq Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixində atəşkəs elan edilib. Atəşkəsə nəzarət məqsədilə Türkiyə və Rusiya birgə Monitorinq Mərkəzi yaradacaq.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.
Noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun layihəsini qəbul edib. Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə təqdim edilən qanuna əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.
Etiketlər
Oxşar xəbərlər

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri...
Son Xeberler

Türk hərbçilərin Qarabağda yerləşəcəyi ərazi məlum...
Son Xeberler

SON DƏQİQƏ! Türkiyə hərbçiləri Qarabağdadır -
Son Xeberler

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi...
Son Xeberler

Hərbçilərimiz dağılmış evdə gizlənmiş erməni hərbç...
Son Xeberler

Qarabağda tapılan erməni hərbçilərin meyitlərinin...
Son Xeberler