Müəllimlərə ŞAD XƏBƏR - RƏSMİ

26.07.2020 14:43 1,034 baxış sayı 2 dəq. oxuma
Müəllimlərə

​Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində səhvə yol vermiş və elektron ərizəsini təsdiq etmiş namizədlərin müraciətləri nəzərə alınaraq elektron ərizələrində dəyişiklik etmək imkanı yaradılacaq.

Təhsil Nazirliyindən bildirilib ki, elektron ərizəsinə məlumatları daxil edərkən səhvə yol vermiş namizədlər məlumatları aşağıdakı şəkildə İnsan resursları mərkəzinin rəsmi "Facebook" səhifəsinin mesaj bölməsinə göndərməlidirlər:

1. Ad, soyad, ata adı
2. Şəxsiyyəti təsdiq edən sənədin surəti
3. Fin kod
4. Əlaqə nömrəsi
5. Yol verilən səhvin qısa məzmunu

Müraciət üçün son tarix: 28 iyul saat 23:59.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: