🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təhsil Nazirliyindən məktəblilərlə bağlı VACİB AÇIQLAMA

25.08.2020 15:52 1,212 baxış sayı 4 dəq. oxuma
Təhsil Nazirliyindən məktəblilərlə bağlı

COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial mediada bildirib. O qeyd edib ki, Qaydaya əsasən şagirdlərin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilib. Hər hansı fənn üzrə illik qiyməti ilə razılaşmayan V-VIII və X sinif şagirdlərinə ümumi təhsil müəssisəsinə yenidən məktəbdaxili qiymətləndirmənin təşkili ilə bağlı müraciət etmək imkanı yaradılıb. Əldə olunan ilkin məlumatlara əsasən 20 minə yaxın şagird bu hüququndan istifadə etmək üçün müraciət edib.

C.Valehov deyib ki, ölkə ərazisində 31 avqust 2020-ci il tarixədək xüsusi karantin rejiminin tətbiq olunduğunu nəzərə alaraq, illik qiyməti ilə razılaşmayan və ya biliyi qiymətləndirməyən şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi prosesinin 21-31 avqust 2020-ci il tarixləri arasında aşağıdakı iki formadan biri və ya hər ikisi seçilməklə həyata keçirilməsi tövsiyə olunur:

1. Microsoft Teams platformasında onlayn şəkildə;

2. Məktəblərdə açıq hava şəraitində.

Açıq hava şəraitində qiymətləndirmə “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”in (əlavə olunur) tələbləri gözlənilməklə həyata keçirilir.

Qiymətləndirmənin təşkili formasının müəyyənləşdirilməsi üçün məktəb rəhbərliyi tərəfindən məktəbin maddi-tədris bazası, texniki təminatı və şagird-müəllim heyətinin internet resurslarına çıxış imkanları araşdırılmalı, araşdırma nəticəsinə əsasən, qiymətləndirmə formasının keçirilməsiə dair qərar qəbul edilməli və bu barədə müəllimlərə, valideyn və şagirdlərə məlumat verilməlidir.

C.Valehov onu da bildirib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi “Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti qaydalar”a əsasən tənzimlənir.

Paylaş: