Müavinət və təqaüd alanlara - ŞAD XƏBƏR

24.08.2020 14:43 1,108 baxış sayı 1 dəq. oxuma
Müavinət və təqaüd alanlara -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Bu barədə DSMF-dən bildirilib.

Qeyd edək, xüsusi karantin rejimi ilə əlaqədar olaraq vətəndaşlar bu vəsaitlərini istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.

DSMF-dən o da əlavə edilib ki, yaxın günlərdə avqust ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: