
Mnatsakanyan Ceyhun Bayramovla mümkün görüşdən danışdı

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın yeni XİN rəhbəri Ceyhun Bayramovla görüşü gözlədiyini bəyan edib.
Erməni nazir “Şant" telekanalına müsahibəsində XİN rəhbərlərinin sonuncu görüşünün yanvar ayında keçirildiyini xatırladıb.
“Mənim yeni nazirlə daha əvvəl görüşmək üçün heç bir səbəbim olmayıb. İndi de-eskalasiyanı ən yaxşı şəkildə möhkəmləndirmək və işin növbəti mərhələsinə hazırlaşmaq bizim üçün çox vacibdir", - Mnatsakanyan deyib.
O əlavə edib ki, bütün istiqamətlərdə olduqca davamlı, məzmunlu, dərin iş var idi: "Biz tamamilə hazır olduğumuz növbəti mərhələlərə keçməli idik. Amma pandemiya həqiqətən mane oldu və yeni reallıqlara gətirib çıxardı".
Mnatsakanyan, həmçinin vurğulayıb ki, yeni həmkarı ilə görüşü gözləyir.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danı...
Son Xeberler

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı
Son Xeberler

Ceyhun Bayramovla Mövlud Cavuşoğlu arasında telefo...
Son Xeberler

Ceyhun Bayramov Lavrovla Qarabağdan danışdı
Son Xeberler

Ceyhun Bayramov bu gün Moskvaya gedir
Son Xeberler

Ceyhun Bayramovla Pompeonun görüşü başladı -
Son Xeberler


