Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

04.12.2020 17:48 470 baxış sayı 1 dəq. oxuma
Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovla Bolqarıstanın Baş nazirinin ədliyyə islahatları üzrə müavini, Xarici İşlər naziri Yekaterina Zaxariyeva arasında telefon danışığı olub.

XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: