🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Lotu Quli”nin nəzarət etdiyi sahələr onlar arasında bölündü

22.08.2020 19:27 1,034 baxış sayı 4 dəq. oxuma
“Lotu Quli”nin nəzarət etdiyi sahələr onlar arasında bölündü

​Antalyada qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun ölümündən sonra onun nəzarət etdiyi sahələr artıq bölünməyə başlayıb.

Bu barədə “Kommersant” öz mənbələrinə istinadən məlumat yayıb. İddia olunur ki, “qanuni oğru” Vaqif Süleymanov (Diplomat) Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.

Kriminal avtoritet Cavid Məmmədovun (Dato Ağcabedinski) isə Qulinin idarə etdiyi taksi sürücülərini və pərakəndə satış nöqtələrini ələ keçirəcəyi güman olunur.

Sankt-Peterburqdakı “Sofiya” topdansatış bazasına isə Əli Heydərovun (Albert Rıjiy) nəzarət edəcəyi bildirilib.

Qulinin kriminal aləmdə yüksəlişinin başlandığı Yekaterinburqdakı meyvə-tərəvəz biznesinə isə artıq azərbaycanlı-talış avtoritetləri iddia edirlər. Eyni zamanda bildirilib ki, kriminal aləmin hələ ki, heç bir nümayəndəsi  Nadir Səlifovun tutduğu "1 nömrəli qanuni oğru" tituluna iddia irəli sürməyib.

Nəşrdə Qulinin yalnız bir telefondan istifadə edərək Rusiyanın böyük şəhərlərində cinayətkar dəstələr təşkil etdiyi, onların isə Səlifovun əmri ilə əsasən meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlı iş adamlarından xərac topladığı bildirilir. Qeyd olunur ki, Lotu Qulinin adamları təkcə biznesmenləri deyil, həm də bu şəhərlərə həyata keçirilən topdansatış ərzaq tədarükünün xeyli hissəsini nəzarətə götürüb.

Xatırladaq ki, Lotu Quli avqustun 19-dan 20-nə keçən gecə Antalyada oteldə yaxın adamı, kriminal avtoritet - 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) tərəfindən başından güllələnərək öldürülüb. Onun qətlində daha bir nəfər - 26 yaşlı Əmir Əhmədli də ittiham olunur. (Qafqazinfo)

Etiketlər

Paylaş: