28.08.2020 21:49
6
abunə
532
"Lotu Quli"nin yas mərasimi harada olub? - "Yeddi gözəl"də maraqlı ETİRAF

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlıların toplaşdığı restorana basqın olub.

Hadisə şəhərin Peçatniki rayonunda yerləşən və azərbaycanlı iş adamlarından birinə məxsus olan “Yeddi gözəl” restoranında baş verib. Belə ki, orada olan 200-ə yaxın azərbaycanlının avqustun 20-də Türkiyənin Antalya şəhərində qətlə yetirilən “Lotu Quli”yə hüzr məclisi təşkil etdiyi bildirilir.

Polisin əməliyyat zamanı lentə aldığı görüntülərdə maraqlı bir epizod var. Yerli polisin sorğusuna cavab verən və özünü iş adamı kimi təqdim edən Məmmədov Əjdər Batıxan oğlu məclisə qardaşının ölümünün ildönümü üçün gəldiyini bildirir. Amma o, sonradan məhz “Lotu Quli”nin yas mərasiminə yığışdıqlarını etiraf edir.

Araşdırmalar zamanı öyrəndik ki, həmin şəxsin qardaşı isə “Lotu Quli”nin yaxın adamı kriminal aləmdə “Elşən Əmircanski” kimi tanınan Elşən Batıxan oğlu Məmmədovdur. O, 3 il əvvəl, 2017-ci ilin avqustun 26-da öldürülüb.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine