Lerikdə avtomobil dərəyə aşdı - sürücü öldü

23.11.2020 18:47 750 baxış sayı 2 dəq. oxuma
Lerikdə avtomobil dərəyə aşdı -

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb.

Rayonun Piran kəndində “Niva” markalı avtomobil təxminən 85 metrlik hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü - Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: