Son Xeberler
Son Xeberler

02.07.2020 07:31

6 abunə

573

Lerikdə dəhşətli hadisə: FOTOLAR

Lerikdə dəhşətli hadisə:

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lerikdə baş verən qəzada ölən və yaralananların adları məlum olub.

1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi 43-BC-418 dövlət qeydiyyat nömrə nişanlı "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.