Lavrov tərəfləri dərhal atəşi dayandırmağa çağırdı SON DƏQİQƏ
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanı və Ermənistanı dərhal atəşi dayandırmağa, öz üzərlərinə götürülmüş öhdəlikləri, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın nümayəndələrinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkin nümayiş etdirməyə çağırıb.
Bu barədə S.Lavrovun Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri ilə telefon danışıqlarının yekununa əsasən RF XİN-in məlumatında bəhs edilir.
Məlumatda qeyd edilir ki, iyulun 13-də Rusiyanın Xarici İşlər naziri S.Lavrovun Azərbaycanın Xarici İşlər naziri E.Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Z.Mnatsakanyan ilə ayrı-ayrılıqda telefon söhbətləri olub. Məlumatda deyilir: “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi müzakirə edilib. S.Lavrov tərəfləri dərhal atəşi dayandırmağa, öz üzərlərinə götürülmüş öhdəlikləri, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya, ABŞ və Fransanın nümayəndələrinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkin nümayiş etdirməyə çağırıb”.
RF XİN-in məlumatında deyilir ki, telefon söhbətləri zamanı vurğulanıb: “Rusiya Bakı ilə Yerevan arasında əlaqələrdə həm milli dövlət qismində, həm də ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində öz vasitəçilik missiyasını yerinə yetirməkdə davam edəcək”.
Rusiyanın xarici siyasət idarəsində bildiriblər: “Rusiya tərəfi bunun da vacibliyini qeyd edib ki, Minsk qrupunun bütün üzvləri yaranmış vəziyyətin qiymətləndirilməsində məsuliyyətli yanaşma nümayiş etdirsinlər və gərginliyin daha da artmasına təhrik edə biləcək bəyanat və hərəkətlərdən çəkinsinlər”.
Oxşar xəbərlər
İspaniya İsrailə Silah Göndərilməsini Dayandırmağa...
Bugun.az
Quterreş İsrail və İranı Müharibədən Çəkinməyə Çağ...
Bugun.az
“Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”...
Son Xeberler
Lavrov və Çavuşoğlu Qarabağı müzakirə edib
Son Xeberler
Lavrov, Bülbüloğlu'nun Missiyasını Naharla Qeyd Et...
Son Xeberler
BMT baş katibi Azərbaycan və Ermənistana müraciət...
Son Xeberler