03.02.2021 18:31
6
abunə
442
Küçədə müəllimin boğazını KƏSDİLƏR

Rusiyanın Voronej şəhərində naməlum şəxs 1 nömrəli məktəbin riyaziyyat müəllimini küçədə öldürüb.

Bu barədə Kp.ru xəbər yayıb.

Qəzetin yazdığına görə, qadın dayanacağında rəfiqəsi ilə telefonla danışarkən cinayətkarın hücumuna məruz qalıb. O, həmsöhbətinə bu barədə məlumat verməyə imkan tapıb. Cinayətkar müəllimə azı yeddi zərbə vuraraq onun boğazını kəsib. Qadın hadisə yerində ölüb.

Rəfiqəsi polisə xəbər versə də, cinayətkar hüquq mühafizə əməkdaşları gələnə qədər hadisə yerindən qaçıb.

Qeyd edilir ki, mərhum 47 yaşlı Natalya Tuşinskayadır. Onun çantası və telefonu oğurlanıb.

Faktla bağlı cinayət işi başladılıb./Oxu.az

Daxil olun


x
This website is using cookies. More info. That's Fine