Son Xeberler
Son Xeberler

13.11.2020 15:51

6 abunə

359

Kremldən Azərbaycan- Ermənistan diasporları ilə bağlı açıqlama

Kremldən Azərbaycan- Ermənistan diasporları ilə bağlı açıqlama

“Rusiyadakı erməni və Azərbaycan diasporları arasında münaqişə baş verməyəcək”.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov “RT Rossiya” telekanalına müsahibəsində bildirib.

Peskov qeyd edib ki, hər iki diaspor özünü çox məsuliyyətli aparır. Kremli rəsmisi ölkəsində yaşayan erməni və azərbaycanlıların Rusiya ictimaiyyətinin hörmətli üzvləri olduqlarını deyib:

“Uğurlu ermənilər və azərbaycanlılar Rusiyanın imkanlar ölkəsi olduğunu gözəl nümayiş etdirirlər. Onların hamısı cəmiyyətin hörmətli və məsuliyyətli üzvləridirlər, hansılar ki, burada Rusiya Federasiyasının qanunlarının rəhbər tutulmalı olduğunu yaxşı anlayırlar”.

Peskov Rusiyada başqa millətlərə qarşı hər hansı bir nifrət hissinin təzahürünün qanunla cəzalandırıldığını xatırladıb.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine