Koronavirusda SON DURUM: Yoluxanların sayı 17 milyonu ötdü
![](/Web/uploads//news/2355/2355_0.jpg)
Koronavirus
Çində meydana gələn və bütün dünyaya yayılan yeni növ koronavirusa yoluxanların sayı 17 milyonu ötüb.
Bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin hesablamalarında bildirilir. Virus səbəbindən həyatnı itirənlərin sayı isə 667 011 nəfər olub, 9 948 163 nəfər sağalıb.
Ən yüksək yoluxma ABŞ-da qeydə alınıb - 4 426 982 nəfər. ABŞ-da infeksiyadan ölənlərin sayı 150 713, sağalanların sayı 1 389 425 nəfərdir. Yoluxma səviyyəsinə görə ikinci yerdə Braziliya gəlir - 2 552 265 nəfər. Braziliyada COVID-19-dan 90 134 nəfər vəfat edib, 1 922 802 nəfər sağalıb.
Üçüncü yerdə isə 1 581 963 yoluxma sayı ilə Hindistandır. Hindistanda koronavirusa yoluxanlardan 34 955 nəfəri vəfat edib, 1 019 735 nəfər sağalıb.
Oxşar xəbərlər: