Son Xeberler
Son Xeberler

15.06.2020 07:20

6 abunə

469

Koronavirusa yoluxan həkim: "Ciyərlərimdə vəziyyət yaxşı deyil"

Koronavirusa yoluxan həkim: "Ciyərlərimdə vəziyyət yaxşı deyil"

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub.


O, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimlidir.


Bu barədə tibb işçisi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib. O, bunları yazıb:


“Bugünkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”.


Qeyd edək ki, ötən gün Azərbaycanda daha 387 nəfərdə koronavirus aşkarlanıb, 4 pasyent vəfat edib, 274 nəfər sağalıb.