Koronavirusa yoluxan Bəhramın vəziyyəti ağırlaşdı

14.06.2020 13:12 662 baxış sayı 1 dəq. oxuma
Koronavirusa yoluxan Bəhramın vəziyyəti ağırlaşdı

Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ağırlaşıb.


Bu barədə "Qafqazinfo"ya həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib. O bildirib ki, Bəhram Bağırzadənin vəziyyəti yetərincə ciddidir:


"Bir həftədir ki, onun səhhətində problemlər yaranmışdı və getdikcə artmağa başladı. Hazırda o, xəstəxanada müalicə alır. Həkimlər onun sağalması üçün hər şeyi edir. Dövlət də hər şeyi təşkil edib. Dua edək ki, hər şey yaxşı olsun".

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: