Son Xeberler
7 abunə
Koronavirus xəstələrinin evdə müalicəsinə başlanılıb
24.06.2020 06:45
492 baxış sayı
3 dəq. oxuma
Artıq COVİD-19-a yoluxan simptomsuz xəstələrin ev şəraitində müalicəsinə başlanılıb.
Bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, həmin xəstələrə ərazi poliklinikaları tərəfindən nəzarət edilir: "Simptomsuz olan xəstələr evdə müalicələrini davam etdirirlər. Onlara ərazi poliklinikaları tərəfindən nəzarət edilir və 12 saatdan bir telefonla xəstələrə sorğular göndərilir".
Xatırladaq ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində artıq poliklinika həkimlərinin simptomları zəif olan xəstələrin müalicəsi ilə məşğul olacağını söyləmişdi.
O qeyd etmişdi ki, bunun üçün beynəlxalq təcrübə əsasında hazırlanan mobil tətbiq əlavəsindən istifadə ediləcək. “E-təbib” adlanan bu mobil tətbiq əlavəsi vasitəsilə evdə müalicə alan xəstələr müşahidə altında saxlanılacaq:
“Onların evi tərk etməməsi üçün müvafiq qurumlar tərəfindən nəzarət tədbirləri həyata keçiriləcək. Burada 14 günlük karantinin olması, belə xəstələrin təlimatlara əməl etməsi vacibdir. Poliknikada çalışan həkimlər 12 saatdan bir ev telefonu vasitəsilə xəstələrin səhhəti ilə bağlı sorğular göndərəcək və bu məlumat elektron sistemə daxil ediləcək. Bunun əsasında pasiyentin müalicəsini evdə və ya xəstəxanada davam etdirməsi barədə qərar qəbul ediləcək”.

Mənbə: Trend.az
Etiketlər
Oxşar xəbərlər
Koronaviruslu xəstələrin evdə müalicəsinə başlayac...
Son Xeberler
547
18/06 16:57
Yeni statistika: New York-da xəstələrin 84%-i evdə...
Bugun.az
666
07/05 07:33
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat e...
Son Xeberler
381
11/12 16:41
Bu şəxslərin evdən çıxması qadağan edildi -
Son Xeberler
1,121
30/06 17:58
DİN: Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koro...
Son Xeberler
470
28/12 06:54
“Real”ın prezidenti koronavirusa yoluxub
Son Xeberler
416
02/02 12:29