09.12.2020 13:56
6
abunə
329
Köhnə yaşayış binaları ''kömək'' istəyir - Ekspertdən maraqlı TƏKLİF

Sovet dönəmində tikilən çoxmənzilli binaların sökülməsi günümüzün aktual məslələrindəndir.

İstismar müddət bitmiş köhnə binalarda aşınma prosesi ildən-ilə güclənir.Bir neçə ildir paytaxtda bu tipli binaların sökülüb yerində yeni hündürmərtəbəli binaların tikintisi prosesi aparılsa da son vaxtlar iqtisadiyyatda baş verən durğunluq tikinti sektorundan da yan keçməyib. Görünən mənzərə odur ki, pilot layihələr çərçivəsində köhnə binaların söküntüsü dayandırılıb.

Hazırda paytaxtda bu tipli binaların təmirə böyük ehtiyacı var. Təqribən 50 yaşlı bu binalarda "Maksimum mənzil - minimum komfort" prinsipi əsas götürüldüyündən binaların istismar müddəti 40 ili ötdüyündən binaların konstruksiya sistemlərinin müayinə edilməsi vacibdir.

Bəs bu məsələdə hansı təkliflər irəli sürülə bilər?

Məsələyə münasibət bildirən əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, ilk növbədə binalar niyə vaxtında əvvəl qəzalı vəziyyətə düşür o məsələyə diqqət yetirmək lazımdır.

“Əvvəllər köhnə beşmərtəbə tipli binalar JEK-lərin nəzarətində idi. Onlar binaların dam örtüyündən tutmuş fasadlarına, təmizliyinə kimi nəzarət edirdilər. Sonra binalar JEK-lərin nəzarətindən alındı.Onlar yalnız binaların girişinin təmizliyinə nəzarət edirlər. Bu gün Bakı şəhərində mənzillərin əksəriyyətinin zirzəmiləri yağış və qrunt suları ilə doludur.

Bir çox binaların zirzəmiləri qeyri-yaşayış sahələrinə çevrilərək pəncərə və qapılar açılır. Təkcə zirzəmilər deyil yol kənarında olan binaların birinci mərtəbələrinin obyektlərə çevrilməsi zamanı onların ara divarlarını kəsib genişləndirərkən də köhnə tikililərin yaşı və dözümlülüyü nəzərə alınmalıdır. Bu kimi müdaxilələr binaların hazırda yaşayış üçün təhlükəli vəziyyətə gəlib çatmasına zəmin yaradır’’.

Ekspert bildirdi ki, bu il bütün dünyada pandemiya tüğyan edir. Nəticədə bir çox sahələrdə iqtisadi böhran yaşanır. Bu əmlak sektorunda da özünü biruzə verir. İndi hündür mərtəbəli binalarda mənzil satışı aşağı düşdüyü üçün köhnə binaların sökülməsi prosesi dayanıb.


“Hazırda yeni tikililərdə çıxarış verilməsi problemi olduğu üçün insanlar daha çox köhnə amma çıxarışı olan binalara üstünlük verirlər.

Əksər tikinti şirkətləri işğaldan azad edilən bölgələrimizdə tikinti işlərinin aparılmasında maraqlı olduğundan Bakı şəhərində yeni tikintilərin aparılması azalıb’’.

Bəs hazırda baş verənlər və gələcək planlarda nəzər alınaraq köhnə yaşayış binalarının mühafizəsi necə həyata keçirilə bilər? Elnur Fərzəliyev bu sualımıza cavab olaraq bildirdi ki, köhnə tikililərin qorunub saxlanılması labüddür. Bunun üçün həmin binaların zirzəmiləri möhkəmləndirilməli, dam örtükləri yenilənməli, fasadlarına qulluq göstərilməlidir.

“Köhnə binalarda komunikasiya əsasən də su xətlərinin yenilənməsinə də ehtiyac var. Çünki 50 il öncə qurulan su turbaları artıq korroziyaya uğrayıb dağılaraq binaların daxilində aşınmalara səbəb olur.

İnsanlar əmin idilər ki, evləri sökülüb onlara yeniləri veriləcəkdir. Ona görə də o binaların təmirinə maraq göstərmirdilər. Hazırda baş verən proseslər onu göstərir ki, hələ uzun müddət paytaxtda yeni binaların tikintisinə bir o qədər də maraq göstərilməyəcəkdir. Məhz bu məsələnin aktuallığını nəzər alıb dövlət köhnə tikili binaların təmir və rekonstruksiyasında maraqlı olmalıdır’’.

Elnur Fərzəliyev deyir ki, hazırda bir çox inkişaf etmiş Avropa ölkələrinin mərkəz və böyük şəhərlərində hətta 17-ci əsrdə tikilmiş binalarda belə sakinlər yaşayırlar.

Səbəb həmin binalara vaxtında qulluq edilərək bu zamana qədər gəlib çıxmasına şərait yaratmalarıdır.

“Həmin rekonstruksiya praktikası Azərbaycanda da köhnə binalara tətbiq edilərsə, həmin binaların da ömrü uzadıla bilər.

Bugün tikinti bazarında yaşanan durğunluq hələ uzun müddət davam edəcəkdir. Bu səbəbdən də qəzalı binaların daha da təhlükəli vəziyyətə düşməməsi üçün həmin binalarda dövlət tərəfindən bərpa işləri aparılmalıdır’’.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine