
Kamran Əliyev Ərdoğanla görüşdü - FOTO

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü ifadə edərək, Prezident İlham Əliyevin salamlarını Türkiyənin dövlət başçısına çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hüquq mühafizə sahəsində də uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.
Türkiyə Prezidenti dövlət başçısı İlham Əliyevə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Səfər çərçivəsində nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edildi, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.
Oxşar xəbərlər

Kamran Əliyevdən daha bir təyinat
Son Xeberler

Kamran Əliyevə yüksək vəzifə verildi -
Son Xeberler

Kamran Əliyev Bakının iki rayonuna yeni prokuror t...
Son Xeberler

Kamran Əliyev İsmət Qayıbovun oğluna
Son Xeberler

Kamran Əliyevdən yeni
Son Xeberler

Sahibə Qafarova Ərdoğanla görüşdü -
Son Xeberler