25.06.2020 16:31
6
abunə
858
Kamran Əliyev İsmət Qayıbovun oğluna VƏZİFƏ VERDİ

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini, Qabil Qasımov isə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, İsmayıl Qayıbov Azərbaycanın mərhum Baş prokuroru İsmət Qayıbovun oğludur.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine