Son Xeberler
Son Xeberler

02.10.2024 23:25

6 abunə

7

İsrail qərar qəbul etdi - İranı vuracaq

İsrail qərar qəbul etdi - İranı vuracaq

İsrailin Təhlükəsizlik Kabineti İrana qarşı cavab tədbirləri görmək barədə qərar qəbul edib.

Metbuat.az xəbər verir ki, İsrail ABŞ-la koordinasiyadan sonra İranın raket hücumlarına sərt cavab verilməsinə qərar verib. İsrailin “Kanal 12” televiziyasının məlumatında İsrailin İrandakı strateji bölgələri hədəf almağı planlaşdırdığı iddia edilib. Bəzi KİV-lər hücumun bu gecə həyata keçirilə biləcəyini irəli sürüb.

Qeyd edək ki, ötən gün İran İsrailə raketlər atıb. İranın İsrailə 500-ə qədər raket buraxdığı deyilir. İsrail tərəfi ölənlərin olduğu barədə xəbərləri təkzib edib. İran tərəfi isə hərbi hədəflərin vurulduğunu irəli sürüb.