🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

İspaniyada Daşqınlar: 62 Nəfər Həyatını Itirdi

30.10.2024 14:47 17 baxış sayı 4 dəq. oxuma
İspaniyada Daşqınlar: 62 Nəfər Həyatını Itirdi

İspaniyanın şərq və cənub bölgələrində yaşanan güclü yağışlar nəticəsində baş verən daşqınlar ölkədə həqiqətən faciəyə çevrilib. 62 nəfər suda boğularaq həyatını itirib və hökumət bu hadisələrin yaratdığı insan və maddi itkilərə görə fövqəladə vəziyyət rejimi elan edib.


İspaniya Baş naziri Pedro Sanches, son 2 gündür ölkənin şərq və cənub bölgələrini əhatə edən güclü yağış və fırtınanın səbəb olduğu daşqın və sel təhlükəsinin davam etməsi ilə bağlı insanları diqqətli olmağa çağırdı. Sanches, Madrid şəhərindəki Baş Nazirlik iqamətgahı Moncloa-da fövqəladə komissiya tərəfindən keçirilən toplantıdan sonra jurnalistlərə "Fövqəladə vəziyyət davam edir. Daşqınlar və sel hələ də ziyan vurmaqdadır" dedi.


Sanches, baş verən fəlakətdə həyatını itirənlərin ailə və yaxınlarına başsağlığı verərək bütün İspaniya xalqının bu hadisədən zərər çəkənlərə dəstək verdiyini bildirdi. O, "Zəruri olan bütün tədbirləri görəcəyik. Çökmüş körpüləri, yolları, meydanları yenidən inşa edəcəyik. Dövlətin bütün imkanlarından istifadə edəcəyik. Zərurət yaranarsa Avropa Birliyindən də kömək istəyəcəyik" dedi. Sanches, təhlükənin hələ bitmədiyini xatırlataraq insanlardan heç vaxt ehtiyatlı olmağı, öz həyatlarını riskə atmamağı və zərurət olmadığı təqdirdə evlərində qalmağı xahiş etdi.


Əmək Naziri Yolanda Diaz, Valensiya bölgəsində dünəndən etibarən "qırmızı alarm" elan olunmasına baxmayaraq, bəzi şirkətlərin işçilərindən fabrik və iş yerlərinə gəlmələrini tələb etməsini tənqid edərək bu şirkətlər barədə araşdırma aparılacağını bildirdi. Sağ görüşlü Xalq Partiyasının lideri Alberto Nunez Feijoo, dərhal milli matəm elan edilməsini və dövlətin bütün imkanlarının bu bölgələrə yönəldilməsini tələb etdi.


Digər tərəfdən, bu qeyri-sabit hava şəraitindən ən çox təsirlənən Valensiyadakı yerli hakimiyyət orqanları bölgədə bütün dəmir yolu nəqliyyatının dayandırıldığını açıqladı. Valensiya başda olmaqla Kastilya-La Mancha, Andalusiya və Mursiya bölgələrinin böyük bir hissəsində təhsil müəssisələri bağlanıb, idman yarışları da təxirə salınıb. Bundan əlavə, Valensiya, Teruel, Cuenca, Albacete, Qranada və Malaga şəhərlərinin bir çox rayonunda yol və körpülərin çökməsi nəticəsində avtomobil nəqliyyatı məhdudlaşdırılıb.


Bəzi rayonlarda daşqından və sel sularından qaçan vətəndaşların alış-veriş mərkəzlərinə sığındığı və bura gələn insanlara kömək göstərildiyi bildirilib. Xilasetmə və yardım əməliyyatlarına polislər, jandarmalar, yanğınsöndürənlər, könüllü təşkilatlar və hərbi hissələr də qoşulub. Ölkənin şərq və cənub bölgələrini əhatə edən daşqın və sel sularından bu günə qədər verilən rəsmi məlumatlara görə, azı 62 nəfər həyatını itirib, çox sayda insanın isə itkin düşdüyü bildirilib.


Paylaş: