🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İşğalçı erməni ordusu Qarabağda 3 tuneldən istifadə edir - Polkovnik açıqladı

07.10.2020 07:38 432 baxış sayı 3 dəq. oxuma
İşğalçı erməni ordusu Qarabağda 3 tuneldən istifadə edir -

"Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dəfələrlə bildirmişdi ki, biz Dağlıq Qarabağ və işğal altında olan ərazilərimizdə düşmənin bütün obyektlərini nəzarətdə saxlayır, müşahidə edirik. Bu gün Ermənistanla sərhədə və ya təmas xəttinə yaxın Azərbaycan ərazisində olan elə bir obyekt yoxdur ki, biz onları hədəf kimi götürə bilməyək və onlara təsir edə bilməyək".

Bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun düşmən istiqamətində bütün atışları hədəfə dəyir:

"Bu gün orada üç tunel var. Zod tuneli, Vardanis və Kəlbəcərdən gələn tunellər. Artıq Zod və Vardanisdən gələn yollar müəyyən şəkildə nəzarət altındadır. Qalır Laçından gələn tunelin birtərəfli imkanları.

Bizim düşmən istiqamətində bütün atışlarımız hamısı öz hədəfinə çatır. Erməni tərəfi raket atanda bunun düşüb-düşmədiyini dəqiq bilmir. Azərbaycan ordusunun müşahidə imkanları açılan atəşin nə qədər dəqiqliklə hədəfə dəyməsini görməyə imkan verir. Biz rahat görə bilirik ki, atılan mərmilər hara dəyib, düşməni necə məhv edib".

Paylaş: