🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Düşmən daha 36 hərbçisinin məhv edildiyini açıqladı

24.10.2020 11:37 557 baxış sayı 1 dəq. oxuma
Düşmən daha 36 hərbçisinin məhv edildiyini açıqladı

Ermənistan tərəfi Dağlıq Qarabağda məhv edilmiş daha 36 hərbçisinin adını açıqlayıb.

Bununla işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 963- ə çatıb.

Real faktlar isə təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə terrorçuları və muzduları da döyüşlərə cəlb edir.

Xatırladaq ki, tərəflər arasında humanitar atəşkəs elan olunub. Buna baxmayaraq, düşmən ordusu atəşkəsi pozmaqda davam edir.

Paylaş: