
İranın Ən Böyük Bankı Ayandeh Müflis Oldu: Varlıqlar Dövlət Bankına Verildi

İranın maliyyə sektorunda böyük sarsıntı yaradan hadisə baş verib. 2012-ci ildə fəaliyyətə başlayan və ölkə daxilində 270 filialı olan Ayandeh Bank ciddi maliyyə problemləri səbəbindən müflis olduğunu elan etdi. Bu hadisə Ayandeh Bankın ölkənin ən böyük banklarından biri olduğu nəzərə alınmaqla geniş rezonans doğurdu.
Bankın açıqladığı rəqəmlər vəziyyətin nə qədər gərgin olduğunu göstərir. Ayandeh Bankın ümumi zərəri 5.2 milyard dollar, borcunun miqdarı isə 2.9 milyard dollar təşkil edir. İflas xəbəri yayıldıqdan sonra paytaxt Tehranda vətəndaşlar əmanətlərini geri götürmək üçün bankın filialları qarşısında uzun növbələr yaratdılar. İzdihamın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə polis qüvvələri ərazilərdə geniş təhlükəsizlik tədbirlərini həyata keçirdi. Vətəndaşlar arasında yaranan təşviş iqtisadiyyatın digər sahələrinə də təsir etməməsi üçün hökumət dərhal reaksiya verdi.
İran Mərkəzi Bankı yaranan vəziyyətlə bağlı xüsusi bəyanat yaydı. Mərkəzi Bank əmanət sahiblərinə səslənərək narahat olmamaları lazım gəldiyini bildirdi; bütün depozitlərin dövlətin zəmanəti altında qorunduğunu təsdiqlədi. Böhranın idarə edilməsi və sistemin sabitliyi üçün Ayandeh Bankın bütün aktivləri və öhdəlikləri dövlət bankı olan Melli Banka təhvil verildi. İranın İqtisadiyyat naziri Əli Mədənizadə də vətəndaşları sakitliyə çağırdı. Nazir bildirib ki, "Əmanətçilərin bütün hüquqları qorunacaqdır", bununla da hökumətin maliyyə itkilərinin qarşısını almaq üçün addımlar atdığını vurğuladı.
Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İranın ən böyük bankı müflis oldu
Bugun.az

DB və BVF-də üzv ölkələr tərəfdaşlıq imkanlarının...
Azəri Xəbər
Azərbaycanın islam maliyyə institutları ilə əməkda...
Azəri Xəbər

Taleh Zöhrabova yeni vəzifə verildi -FOTO
Bugun.az

Millinin keçmiş baş məşqçisi müflis olmaq üzrədir
Bugun.az

Azərbaycanda yeni institutların yaradılır
Bugun.az


