Bugun.az
Bugun.az
11 abunə

Millinin keçmiş baş məşqçisi müflis olmaq üzrədir

08.04.2025 05:25 77 baxış sayı 1 dəq. oxuma Metbuat
Millinin keçmiş baş məşqçisi müflis olmaq üzrədir

Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Robert Prosineçki müflis olmağa yaxındır.

Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssisin sahibi olduğu "Steviq Life" şokolad fabriki 360 min avro borcunun olması səbəbilə iflas həddinə çatıb. Sözügedən şirkət R.Prosineçki tərəfindən 2018-ci ildə 2 654 avroluq sərmayə ilə qurulub.

Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Paylaş: