İranda koronavirusdan daha 254 nəfər ölüb

13.10.2020 16:28 575 baxış sayı 1 dəq. oxuma
İranda koronavirusdan daha 254 nəfər ölüb

İranda son sutka ərzində 4108 nəfər koronavirusa yoluxub, 254 nəfər isə dünyasını dəyişib.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 508 min 389, ölənlərin sayı isə 29 min 70 nəfərə çatıb. Bundan əlavə, indiyədək 411 min 840 xəstə sağalaraq evə buraxılıb.

Hazırda müalicəsi davam edən 4533 pasiyentin vəziyyəti ağırdır.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: