Son Xeberler
Son Xeberler

25.01.2021 17:34

6 abunə

452

İranda ötən sutkada koronavirusdan 98 nəfər ölüb

İranda ötən sutkada koronavirusdan 98 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 98 nəfər ölüb.

Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 57 481 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 309 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 1 379 286 nəfərə çatıb.

Koronavirus daşıyıcılarından 4 057 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sima Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 171 070 nəfər koronavirusdan sağalıb.

2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine