🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İngiltərə sərt karantindən çıxır - 3 mərhələli plan hazırlandı

24.11.2020 08:34 440 baxış sayı 2 dəq. oxuma
İngiltərə sərt karantindən çıxır - 3 mərhələli plan hazırlandı

İngiltərə Baş naziri Boris Conson hökumətin qış aylarında koronavirusla mübarizə planını açıqlayıb.

O, noyabrın 5-də tətbiq edilən sərt karantin rejiminin dekabrın 2-də bitəcəyini qeyd edib. Eyni zamanda, insanların küçədə 6 nəfərdən artıq olmamaq şərtilə görüşə biləcəyini bildirib.

Kütləvi ibadətə və toylara icazə veriləcək, mağazalar, idman zalları, əyləncə mərkəzləri və gözəllik salonları yenidən fəaliyyət göstərəcək.

Conson 2 dekabrdan sonra üç mərhələli planın tətbiq ediləcəyini vurğulayıb.

Birinci mərhələdə insanların mümkün olduğu halda evdən işləyəcəyini, ikincidə alkoqollu içkilərin sadəcə yeməklərin yanında satılacağını, bar, restoranların saat 22:00-da yox, 23:00-da bağlanacağını vurğulayıb.

Üçüncü mərhələdə isə əyləncə mərkəzləri, otellər bağlanacaq, onlayn çatdırılma həyata keçiriləcək. B. Conson bu planın bahar aylarınadək keçərli olacağını qeyd edib. Bölgəyə görə qərarlar dəyişdiriləcək.

Qeyd edək ki, İngiltərə bu günədək 55 mindən çox ölüm faktı ilə Avropada liderdir. Ölkədə son zamanlar günlük 30 mindən çox insan koronavirusa yoluxur.

Paylaş: