🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Yaqut Qarayeva: ​“Maskanın taxılması bizim artıq yeni həyat tərzimizdir"

20.06.2020 07:42 424 baxış sayı 2 dəq. oxuma
Yaqut Qarayeva: ​“Maskanın taxılması bizim artıq yeni həyat tərzimizdir"

“Maskanın taxılması bizim artıq yeni həyat tərzimizdir. Xahiş edirik ki, bunu hər kəs dərk etsin. Hər kəs başa düşməlidir ki, həkimlərin və ya hansısa dövlət strukturunun xətrinə deyil, yalnız özünə görə özünü qorumalıdır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Maskasız artıq bizim (aylar da ola bilər, illər də) həyat tərzimiz olmayacaq. Sərt karantindən çıxmağa gedən bütün ölkələrdə bu qaydalara riayət olunmalıdır. O cümlədən məsafə mütləq gözlənilməlidir. Çünki virus sərhəd, yaş və s. tanımır”, - o bildirib.

Paylaş: