🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"İkinci Dərəcəli Fənlərə Niyə Ciddi Yanaşılmır?"

26.09.2024 19:25 29 baxış sayı 2 dəq. oxuma
"İkinci Dərəcəli Fənlərə Niyə Ciddi Yanaşılmır?"

Dünyanın bir çox inkişaf etmiş ölkələrində musiqi, rəsm, texnologiya kimi fənlərə xüsusi önəm verilir. Çünki bu sahələr uşaqların inkişafında böyük rola malikdir. Ancaq ölkəmizdə bu kimi fənlər "ikinci dərəcəli" hesab olunur, tədrisinə o qədər də ciddi yanaşılmır.


Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, musiqi, rəsm, texnologiya kimi fənlər uşaqlarda estetik tərbiyənin formalaşmasında mühüm rol oynayır: "15 yaşa qədər olan icbari təhsil dövründə bu fənlər keçirilməlidir. Ancaq ibtidai sinif müəllimləri işə qəbul edilərkən və ya sertifikasiya zamanı onların musiqi, rəsm bacarıqları yoxlanılmır, ancaq riyaziyyat və Azərbaycan dili yoxlanılır. Buna görə də, təəssüf ki, müəllimlər bu fənlərə ikinci dərəcəli fənn kimi baxırlar. Hətta valideynlər də müəllimlərdən xahiş edirlər ki, uşaqlarına rəsm, musiqi keçməsinlər, əvəzində riyaziyyat, Azərbaycan dili keçsinlər. Bu, çox mənfi haldır. Ona görə məktəb direktorları bu fənnlərin tədrisinə daha çox üstünlük verməlidirlər".


Qafarovun sözlərinə görə, məktəblərdə rəsm otaqlarının, musiqi alətlərinin olması vacibdir. "Rəsm uşaqlarda zəkanın inkişafına birbaşa təsir göstərən əsas fənlərdən biridir. Bu fənnlərin lazımsız olduğu fikri yanlışdır və bu fikirdə olanlar pedaqogikadan anlayışı olmayan şəxslərdir".


Paylaş: