“Ermənistan dostuma hücum edir, dəstək verməyəcəkdik?!” - Ərdoğan
"Sən niyə Ermənistanla savaşırsan”, - deyə soruşurlar. Çünki Ermənistan mənim dostuma, soydaşlarıma hücum edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, belə olduğu halda biz əlimizdən gələn dəstəyi vermək məcburiyyətindəyik.
Türkiyə lideri vurğulayıb: “Guya dostdur, NATO-da müttəfiqik, bu kameraları bizə satmadılar ki, niyə silahlarınız Ermənistana qarşı vuruşur. Ermənistan bizim dostumuza, mənim soydaşlarıma hücum edir, biz dəstək verməyəcəkdikmi? NATO-da bərabər deyilikmi?! Bərabərik. Onda niyə belə münasibət göstərirsiniz?”.
Xatırladaq ki, ikinci Qarabağ müharibəsi dövründə Kanada hökuməti Türkiyəyə PUA-lar üçün kamera satmaqdan imtina edib.
Oxşar xəbərlər
“Azərbaycana bütün imkanlarımızla dəstək veririk”...
Son Xeberler
“Azərbaycana dəstəyimizə görə Kanada kameralara em...
Son Xeberler
Ərdoğan: “Ermənistan işğal etdiyi ərazilərdən çıxa...
Son Xeberler
Ərdoğan:
Son Xeberler
Ərdoğan: Türkiyə bundan sonra da Azərbaycana dəstə...
Son Xeberler
“Qarabağ artıq öz sahiblərinin nəzarətindədir”
Son Xeberler