🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Hizbullah: “Biz qalib gələcəyik!”

30.09.2024 11:47 69 baxış sayı 3 dəq. oxuma
Hizbullah: “Biz qalib gələcəyik!”

İsrailin Beyrutda həyata keçirdiyi terror aktından sonra Hizbullah lideri Seyid Həsən Nasrallahın şəhid olması bütün dünyada böyük kədər və qəzəb yaratdı.

İsrailə meydan oxuyan Hizbullah, özünün yeni liderini tezliklə seçəcəyini bəyan etdi.

İsrail 27 sentyabr Cümə günü Beyrutun Şii əhalisinin çoxluq təşkil etdiyi və Hizbullahın qalası sayılan Dahiye bölgəsini çoxlu sayda hava hücumlarıyla hədəf aldı.

Hava hücumları zamanı Hizbullah lideri Seyid Həsən Nasrallah və digər yüksək rütbəli şəxslər şəhid oldu. Lübnan mediasının verdiyi məlumata görə, İsrail təyyarələrinin ağır bombalarla həyata keçirdiyi hava hücumları 2006-cı ildə İsrail ilə Hizbullah arasında baş verən müharibədən sonra Beyrutun ən ağır hava bombalanmasıdır.

Hizbullahın baş katibi Naim Kasım, Nasrallahın şəhid olmasından sonra ilk dəfə açıqlama verərək, "Xalqlar Nasrallahı sevirdi. Nasrallah Fələstinə vurğun idi. Ailəsinə başsağlığı verirəm. Lübnana və bütün azad insanlara başsağlığı verirəm" sözləri ilə başladı.

Kasımın açıqlamalarından əsas məqamlar belədir:

"Bizə zərbə vurmuşdular, amma biz öz yolumuzda davam edəcəyik. Biz Allahın verdiyi qələbə sözünə inanırıq.

Hizbullah öz məqsədlərinə doğru irəliləyəcək. Meydanda hazırıyıq, meydandan çəkilməyəcəyik. İsrail Lübnana hər yerdə hücum edir. Kənd-kənd seçir, zərər vermədiyi ev və kənd qalmayıb. Sivillərə, tibb işçilərinə hücum edir. Uşaqları, qadınları, yaşlıları hədəf alır.

Amerika İsraili bütün imkanları ilə dəstəkləyir. Bu soyqırımda Amerikalılar da İsraili qorumaq üçün məhdudiyyətsiz dəstək verir.

Heç vaxt bu savaş meydanından çəkilməyəcəyik. Biz bilirik ki, bu savaş uzun çəkə bilər. Bütün ehtimallara qarşı hazırıyıq. İsrail quru hücumu başlatsa, müqavimət qüvvələrimiz hazır. İsrail düşmənlərimiz öz hədəflərinə heç vaxt çata bilməyəcəklər, bu savaşdan qələbə ilə çıxacağıq. İsrail bizim hərbi gücümüzü heç vaxt bitirə bilməz.

Hizbullahın İsrail hücumlarına raket hücumları ilə cavab verdiyini vurğulayan Naim Kasım, "Nasrallahın şəhid olmasından sonra baş verənləri izləməlisiniz. İsraili vurduq, Hayfayı vurduq. İsrail də 1 milyon İsrail vətəndaşının qaçdığını söylədi. Bunu sadəcə bir raketlə etdik" dedi.

Hizbullahın yeni lideri haqqında danışan Kasım, "Hizbullahın yeni baş katibini ən qısa müddətdə seçəcəyik. Bütün liderləri qiymətləndirəcəyik. Hamınız rahat olun ki, seçkilər çox sakit keçəcək" dedi.

Paylaş: