
Şəhid ailələrinə ödənişlər edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərindən artıq 1000-dək şəxsə sosial təminat növləri üzrə ödənişlərin təyinatını aparıb.
Onlara Prezidentin aylıq təqaüdü, həmçinin pensiya, müavinətlər təyin olunub. Hazırda digər şəhid ailələri üzvlərinə də sosial ödənişlərin təyin olunması prosesi davam etdirilir.
Xatırladaq ki, Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinin və müharibə iştirakçılarının sosial təminat hüquqlarının təminatına operativ dəstək göstərilməsi üçün işçi qrup fəaliyyət göstərir. Şəhid ailələrinin müvafiq sənədləri təqdim etmələrini gözləmədən, bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanır və həmin ailələrin üzvlərinə sosial təminat növləri üzrə ödənişlər təyin olunur.
Oxşar xəbərlər

Şəhid ailələrinə edilən güzəştlərlə bağlı QƏRAR
Bugun.az

Şəhidlərin adına olan nömrələrlə bağlı -
Son Xeberler

Şəhidlərimizin nəşi böyük coşqu ilə ailələrinə təh...
Son Xeberler

Əsgər maaşını şəhid ailələrinə bağışladı -
Son Xeberler

Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı tapşırı...
Son Xeberler

Prezident hər kəsi sevindirəcək qərarı qəbul etdi
Son Xeberler