
Həftəsonu sərtləşdirilmiş karantin rejimi ilə bağlı-AÇIQLAMA

Həftə sonları tətbiq edilən sərtləşdirilmiş karantin rejimi aylıq karantin rejimi ilə əvəz edilə bilər.
Bunu ''Xəzər Xəbər''ə müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə vətəndaşlar karantin qaydalarına ciddi əməl etməsələr, qısa müddətdə gündəlik yoluxma rəqəmləri 600-700-ə yüksələcək. Yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçid qaçılmaz olacaq.
Amma qurum rəsmisi hesab edir ki, həftənin iki günü ciddi karantin rejiminin tətbiqi və hərəkətin tam məhdudlaşdırılması indiki vəziyyət üçün qaneedici metoddur. Bu metod yoluxma hallarını stabilləşdirməyə və kəskin artımın qarşısını almağa hesablanıb.
Nabil Seyidov bildirib ki, hazırda sərtləşdirilmiş karantin günlərinin sayının uzadılmasına ehtiyac olmasa da, gələcəkdə Türkiyə təcrübəsindən yararlanmaq istisna edilmir.
Qeyd edək ki, Türkyədə 65 yaşlı vətəndaşların və yaşı 18-dən aşağı olan şəxslərin evdən çölə çıxmalarına müəyyən müddət ərzində məhdudiyyətlər qoyulmuşdu.
Oxşar xəbərlər

Bu həftəsonu evdən çıxmaq qadağası olacaq? -
Son Xeberler

Avqustun 5-dən bu iki rayonda karantin ləğv edilir
Son Xeberler

DYP: Bir sıra şəxslər həftəsonu rayonlara buraxılm...
Son Xeberler

Həftəsonu ezamiyyə vərəqəsi ilə rayonlara getmək q...
Son Xeberler

Azərbaycanın daha bir şəhər və bir rayonunda sərt...
Son Xeberler

İbrahim Məmmədov həftəsonu sərt karantin rejimi il...
Son Xeberler