🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bu həftəsonu evdən çıxmaq qadağası olacaq? - RƏSMİ AÇIQLAMA

25.06.2020 07:07 856 baxış sayı 2 dəq. oxuma
Bu həftəsonu evdən çıxmaq qadağası olacaq? -

Ölkədə koronavirus pandemiyasının qarşısını almaq məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunda 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.

Hazırda karantin müddətində SMS icazə xidmətindən istifadə edərək gün ərzində yaşayış yerini müəyyən səbəblərlə tərk etmək mümkündür. Lakin öncəki həftələrdə şənbə və bazar günləri sərt karantin rejimi tətbiq edilirdi.

Hazırda bir çox vətəndaşı bu həftəsonu da sərt karantinin tətbiq edilib-edilməyəcəyi, marketlərin bağlanıb-bağlanmayacağı maraqlandırır.

"Qazet.az" saytının suallarını cavablandıran Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bildirib ki, bu həftəsonu sərt karantin rejimi tətbiq edilməyəcək:

“Bu iki həftə ciddi karantin rejimidir. Həftəsonu marketlərin bağlanması gözlənilmir. Onsuz da bu həftə və gələn həftə karantindir, SMS-lə çıxmadır. Bundan başqa heçnə gözlənilmir”, – deyə Leyla Abdullayeva qeyd edib.

Etiketlər

Paylaş: