Gürcüstanda xəstəxanaya silahlı hücum edildi

01.12.2020 09:09 536 baxış sayı 2 dəq. oxuma
Gürcüstanda xəstəxanaya silahlı hücum edildi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində xəstəxanaya silahlı hücum edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Sputnik Gürcüstan”a verilən məlumata görə, polis paytaxtın kənarındakı Tbilisi Dəniz Xəstəxanasında silahlı şübhəlilərinin tutulması üçün intensiv əməliyyat və istintaq tədbirləri həyata keçirir.

Klinikaya neçə nəfərin və hansı məqsədlə hücum etdiyi barədə hələ məlumat verilməyib.

İlkin məlumata görə, hadisə nəticəsində heç kim zərər görməyib.

Hadisə ilə bağlı “Mütəşəkkil törədilən soyğunçuluq” maddəsi ilə cinayət işi başladılıb.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: