Son Xeberler
Son Xeberler

01.03.2021 09:21

6 abunə

488

Görmə qabiliyyətini 3 dəqiqəyə yaxşılaşdıran üsul

Görmə qabiliyyətini 3 dəqiqəyə yaxşılaşdıran üsul

Oftalmoloq Rui Hiramaç görmə qabiliyyətini yaxşılaşdırmağın yolunu açıqlayıb. Onun sözlərinə görə, bunun üçün mütəmadi olaraq göz gimnastikası etmək lazımdır.

Metbuat.az xəbər verir ki, həkim birinci metod kimi fərqləri tapmaq üçün xüsusi nümunələr olan Qabor məşqlərini tövsiyə edib. Onlar gündə yalnız üç dəqiqə edilməlidir. İlk fərq iki həftədən sonra nəzərə çarpacaq.

İkinci metod termoterapiyadır. Bir dəsmalı isladın və mikrodalğalı sobada 30-40 saniyə qızdırın. Onu bağlı göz qapaqlarına qoyun və soyuyana qədər gözləyin.

Üçüncü üsulda həkim ispanaq yeməyi təklif edib. İspanaq katarakt və makula degenerasiyasının qarşısını aldığı üçün rasiona daxil edilməlidir. (publika.az)