Gəncədə Şok hadisə: Həyat yoldaşını döyüb, özünü binadan atdı

25.07.2020 05:28 722 baxış sayı 2 dəq. oxuma
Gəncədə Şok hadisə:

Gəncə şəhərində intihar hadisəsi olub. 

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü İbrahım Niftəliyev yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. İlkin məlumatlara görə, hadisəyə ailədaxili münaqişə səbəb olub. Belə ki, mərhumun həyat yoldaşı, 1944-cü il təvəllüdlü Fatma Bağırova ilə mübahisə etdikdən və onu döydükdən sonra özünü binadan atdığı bildirilir. 

Qeyd edək ki, qadın müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: