09.02.2021 09:06
6
abunə
376
Gəncədə yol qəzası olub, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 1994-cü il təvəllüdlü Röyal Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin hazırda orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine