
Gəncədə "avtoş" həbs edilib - FOTO/VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində tədbirləri davam etdirir. Aparılan müvafiq tədbirlər nəticəsində DYPŞ əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bölgə müxbirinə verilən məlumata görə, əvvəllər dəfələrlə kobud qayda pozuntusu törətdiyinə görə sürücülük hüququndan məhrum edilən şəhər sakini Samir Məmmədovun “Volkswagen” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub.
Həmin şəxslər barəsində DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə S.Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər

Azərbaycanın bu bölgəsində koronavirus sürətlə yay...
SON Xəbər

Türkiyədə deputat həbs olundu
Son Xeberler

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Səlim Müslümov həbs edildi
Son Xeberler

DTX-nin həbs etdiyi yüksək vəzifəli məmur
Son Xeberler

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler