Gəncədə iki uşaq hələ də dağıntılar altındadır - VİDEO

18.10.2020 08:23 838 baxış sayı 2 dəq. oxuma
Gəncədə iki uşaq hələ də dağıntılar altındadır -

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfindən ötən gecə Gəncəyə atılan raket zərbəsi mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olub.

Gəncədə hələ də iki uşaq itkin hesab edilir. Dəhşətli hadisə nəticəsində dağıntılar altında qalan uşaqların axtarışı davam etdirilir, onların tapılması ilə bağlı müvafiq işlər görülür.

Bununla bağlı AzTV Gəncədə axtarış aparılan yerdən reportaj yayımlanıb.

Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: