
Son Xeberler
9 abunə
Gecə saat 03:00-da çayxanaya gedənlər cəzalandırıldılar
20.02.2021 09:17
451 baxış sayı
2 dəq. oxuma

Quba polis əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K.Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər.
Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.
Oxşar xəbərlər

Bu Gecə Bəzi Bank Kartları İşləməyəcək
Bugun.az
184
15/10 17:25

Qarabağ Londonda Tottenhem ilə qarşılaşacaq - Avro...
Son Xeberler
205
26/09 06:25

İranda da karantin sərtləşdirildi
Son Xeberler
583
23/11 13:33

TƏCİLİ! Operativ Qərərgah yeni qərar qəbul etdi -
Son Xeberler
1,021
29/01 17:43

Məşhur meyxanaçı gecə saatlarında döyülüb
Şou Xəbər
513
25/01 19:17

Bar və restoranların gecə fəaliyyətinə İCAZƏ VERİL...
Son Xeberler
555
27/01 07:51