🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

İranda da karantin sərtləşdirildi

23.11.2020 13:33 466 baxış sayı 2 dəq. oxuma
İranda da karantin sərtləşdirildi

İran hökuməti yeni tip koronavirusun yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminə keçib. 

Prezident Həsən Ruhaninin sədrlik etdiyi Koronavirusla Beynəlxalq Mübarizə Komitəsi qırmızı, narıncı və sarı ərazi hesab etdiyi bölgələrdə 15 gün karantin tətbiq olunacağını açıqlayıb.

Komitənin mətbuat katibi Əli Rza Rəisi açıqlamasında qeyd edib ki, yüksək riskli hesab edilən qırmızı bölgələrə 160, narıncı ərazilərə 208 və sarıya 80 vilayət daxildir.  

Karantin dövründə çörək və ərzaq mağazaları, xəstəxana və apteklər istisna olmaqla bütün məkanlar 15 gün fəaliyyət göstərməyəcək.

Həmçinin şəhərlərarası məsafə qadağan edilir. Qırmızı bölgələrə gedənlər 1 milyon (təxminən 486 AZN), narıncı üçün 150 tümən (təxminən 73 AZN) cərimə ödəyəcəklər. Gecə saat 21:00-dan sonra küçəyə çıxmaq isə qadağan edilib.

Bununla da, İran bu günədək “COVID-19” virusuna qarşı ən sərt karantin rejimini tətbiq edib. 

Qeyd edək ki, İranda təkcə ötən gün 479 nəfər həyatını itirib, son sutkada 13 min 260 nəfər virusa yoluxub.

Paylaş: