28.11.2020 18:59
6
abunə
596
Füzulidə minaya düşən sabiq məmur ailəsi imiş...

Xəbər verdiyimiz kimi, bu gün saat 15:20-də Azərbaycan vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Şakir Hacıyev sabiq məmur olub. O, Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Əslən Füzuli rayonundan olan sabiq şəhər icra nümayəndəsi 1955-ci ildə anadan olub. Həyat yoldaşı illər öncə vəfat edən H.Şakirin 4 qız övladı var. Hadisə nəticəsində həlak olanlardan Zibeydə Adilzadə Hacıyev Şakir Hacıyevin qızıdır. Digər həlak olan Hacıyev Firudin isə H.Şakirin qardaşıdır.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine